Xankəndində "Dirçəliş meydanı"na toplaşan ermənilər qondarma rejimin rəhbəri Araik Arutyunyana 30 dəqiqə vaxt veriblər. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, əgər Arutyunyan həmin müddətdə çıxıb onların suallarını cavablandırmasa, etirazçılar əks halda tədbir görəcəklərini bildiriblər. 

Qeyd edək ki, qondarma qurumun binası yaxınlığına xeyli sayda polis gətirilib.

xxx

20:43

"Hazırda Stepanakertin İntibah meydanında (Xankəndi - red.) mitinq keçirilir". 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat dərc olunub. 

Bildirilib ki, aksiya iştirakçılarını Nikol Paşinyanın son bəyanatları və hərəkətləri narahat edib.

Ağarza Elçinoğlu