Bərdədə yeniyetmə çayda boğulub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini 15 yaşlı Əli Fərəcov Tərtər çayda boğulub.

Onun Ağdamdan Bərdəyə toy mərasiminə getdiyi deyilir. Hadisənin baş vermə səbəbləri yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, toy mərasimi keçirilən şadlıq sarayı hadisə baş verən çayın sahilində yerləşir.

 Yeniyetmənin meyiti FHN-nın dalğıcları tərəfindən aşkar edilərək sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib