Rusiyanın Kiyevi atəşə tutması nəticəsində 30-dan çox insan yaralanıb, ölənlərin sayı dəqiqləşdirilir.

"Unikal" xəbər verir ki,  bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sözçüsü Svitlana Vodolaqa açıqlama yayıb. 

"Paytaxtda xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyir. Hazırda 30-dan çox zərərçəkən var. Ölənlərin sayı dəqiqləşdirilir", - o bildirib.

***11:11

Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

"Unikal" ukrinform.ua-ya  istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 

Məlumata görə,  ölkənin hər yerində hava həyəcanı işə salınıb. 

***10:35

"Paytaxtda baş verən partlayışlar nəticəsində ölənlər və yaralananlar var". 

"Unikal" xəbər verir ki, bu  barədə  Kiyev Fövqəladə Hallar Departamentinin sözçüsü Svitlana Vodolaqa deyib.

"Daha ətraflı məlumat sonra gələcək. Nə qədər ölən var - hələlik onu deyə bilmərəm”, - deyə o bildirib.

***10:10

Bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərində də ard-arda partlayışlar baş verib.

"Unikal" xəbər verir ki, bu haqda “UNİAN“ məlumatı verib.

***09:50

Ukraynanın paytaxtı Kiyevdə  ard-arda partlayışlar olub. 

"Unikal" xəbər verir ki,  bu  barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. 

"Paytaxtın mərkəzində, Şevçenskivski rayonunda bir neçə partlayış baş verib", - Kliçko bildirib.

Gülayə  Mecid