Rusiyanın raket hücumlarından sonra Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edib.
"Unikal" xəbər verir kio, ofisinin qarşısında video çəkərək, rusların əsas hədəflərini açıqlayıb.
"Ukraynalılar! Biz terrorçularla mübarizə aparırıq. Onların iki hədəfi var. Bütün ölkə üzrə enerji obyektlərini vurmaq və dinc sakinləri öldürmək. Ruslar çox zərər vermək üçün belə hədəfləri xüsusi olaraq seçib. Amma. Biz ukraynalıyıq. Bir-birimizə kömək edirik. Biz özümüzə inanırıq. Biz məhv edilmiş hər şeyi bərpa edirik. İndi elektrik enerjisində müvəqqəti fasilələr ola bilər, amma bizim inamımızda - qələbəyə inamımızda heç vaxt kəsilməyəcək", - deyə o bildirib.
Gülayə Mecid