Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər Ukraynanın bəzi şəhərlərinə səhər saatlarında endirilən raket zərbələri və son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.