"Dil birliyi və türk dövlətlərinin ortaq əlifbaya keçid prosesini sürətləndirmək məqsədilə vahid əlifbanın yaradılması üzrə Komissiya yaradılıb".

"Unikal" xəbər verir ki, Türkiyənin Bursa şəhərində keçirilən və 90 illik yubileyinə həsr olunmuş “Türk Dünyasının Ortaq Əlifbası Seminarı”nda vahid əlifbanın yaradılması üzrə Komissiyanın yaradılması qərarı Türk Dövlətləri Təşkilatına (OTG) təqdim edilib. 

Seminara Türk Dil Qurumunun (TDK) rəhbəri Gürer Gülsevin sədrlik edib. Tədbirdə UTC Ağsaqqallar Şurasının rəhbəri, Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım iştirak edib.

Seminarda türk dövlətlərindən olan alimlər öz ölkələrində baş verən əlifba və tarixi dil prosesləri haqqında məlumat vermiş, vahid əlifbaya keçid prosesinin sürətləndirilməsi və türk dövlətləri arasında yayılmasının vacibliyini qeyd etmişlər.

Seminar çərçivəsində UTC-nin nəzdində “Vahid əlifbanın yaradılması üzrə Komissiya”nın yaradılması qərara alınıb. Komissiyaya türk dövlətlərində dil siyasəti ilə məşğul olan hər rəsmi strukturdan iki üzv daxil olacaq.

Gültəkin