ABŞ-ın keçmiş prezidenti Donald Trampın eks-köməkçisi Stiven Bannon həbs edilib.

"Unikal" xəbər verir ki, Kolumbiyanın Metropolitan Dairəsinin federal məhkəməsi onun haqqında Konqresə hörmətsizlik ittihamı ilə 4 aylıq həbs cəzası verib.

Kanalın məlumatına görə, o, həmçinin 6,5 min dollar cərimə olunub.

Prokurorlar Stiven Bannon üçün altı ay həbs cəzası və 200 min dollar cərimə istəyiblər.