"Dünən bizə böhtan atanların DEAŞ-la bizneslə məşğul olduqları, alver etdikləri, milyonlarla avronu terrorçulara ötürdükləri bu gün dəlillərlə, məhkəmələrlə sübuta yetirilir. Fransız sement nəhənginin Suriyanın şimalındakı terror təşkilatlarını necə dəstəklədiyini, onlara kömək etdiyini, tunel açaraq mikserlərlə beton tökdüklərini deyəndə fransızlar bunu başa düşmədilər".
"Unikal" xəbər verir ki,bunu Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 12-ci İnformasiya Nazirləri Toplantısında bildirib.
"Bunu Fransa prezidenti cənab Makrona dedim. İndi Fransa parlamentində bunun hesabını Makrondan tələb ediblər. Bu, hazırda gündəmin ən vacib məsələlərindən birinə çevrilib. Çünki yalançının şamı gecəyə qədər yanar. Bu yalan deyildi. Terrorizmi dəstəkləyən ən mühüm qurumlardan biri olaraq indi hər şey üzə çıxıb.
Bu cür nümunələrlə on minlərlə günahsız dinc insanın və müsəlmanın qanını tökən bu vəhşi D/EAŞ təşkilatına kimin dəstək verdiyi aydın şəkildə başa düşülür. PKK da eyni ikiüzlü rəftar; PYD və FETÖ terror təşkilatlarına münasibətin də sərgiləndiyini bilirik. Əllərindəki günahsız qanlara baxmayaraq, bu təşkilatlar dəstəklənir və qorunur. Hər dəfə ağızlarını açanda azadlıqdan, demokratiyadan, insan haqlarından danışanlar gülünc bəhanələr arxasında gizlənərək bu təşkilatları qorumağa davam edirlər"-deyə Türkiyə perezidenti bildirib.
Gültəkin Ələsgər