Fransa prezidenti Emmanuel Makron enerji sektoru və ticarətdə sərhədyanı əməkdaşlıq üçün çərçivə müəyyən edən Enerji Xartiyası Sazişindən çıxmaq qərarına gəldiklərini açıqlayıb.
"Unikal" xəbər verir ki, Avropa İttifaqı (Aİ) Liderlər Zirvə Toplantısından sonra mətbuata açıqlama verən Makron, qaz və elektrik qiymətlərinin aşağı salınması üçün sammitdə vurğuladıqları tədbirlərə toxunaraq Avropa elektrik bazarında islahatlara dair qərarlarını gücləndirdiklərini bildirib
"Fransa olaraq Enerji Xartiyası Sazişindən çıxmaq qərarına gəldik."-deyə Fransa prezidenti bildirib.
Emmanuel Makron Aİ-nin enerji ehtiyacını tamamilə elektrik enerjisi ilə qarşılamasını istədiklərini bildirib.
Fransa prezidenti onu da qeyd edib ki, ölkəsində 2 min Ukrayna əsgəri təlim keçəcək. Fransanın ötən həftə Ukraynaya yeni hərbi texnika tədarük edəcəyini açıqladığını xatırladan Makron, bu ölkəyə Sezar haubitsasının gücləndirilməsi üçün çalışdıqlarını bildirib.
Sammitdə AB-Çin münasibətlərini də müzakirə etdiklərini deyən Makron, “Bizim strateji müstəqilliyə ehtiyacımız var” söyləyib.
17 dekabr 1994-cü ildə Lissabonda, o cümlədən Rusiya da daxil olmaqla, 50-yə yaxın ölkə tərəfindən imzalanmış Enerji Xartiyası Müqaviləsi enerji sektorunda və ticarətdə transsərhəd əməkdaşlığın çərçivəsini müəyyən edir.
Gültəkin Ələsgər