Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanmış saziş əsasında taxıl daşıyan gəmilərin keçidini qəsdən gecikdirir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
O, 150 gəminin keçid üçün gözlədiyini qeyd edib.
Zelenski qeyd edib ki, gecikməyə görə Ukrayna 10 milyon insanı qidalandırmaq üçün kifayət edəcək 3 milyon ton daha az taxıl ixrac edib.