"Ukraynada sülh üçün şans var",

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

“Sülh perspektivi var və nə vaxtsa görünəcək”, - deyə Makron Romada dünya sülhünün möhkəmləndirilməsi yollarının tapılmasına həsr olunmuş konfransda bildirib.

"Konkret məqamda hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq və Ukrayna xalqı və onların liderləri şərtlərlə bağlı qərar verdikdə, qarşı tərəflə sülh sazişi qurmaq mümkün olacaq", - Makron əlavə edib.

Fransa Ukraynada müharibə başlayandan sonra Qərbin diplomatik kanallarını Moskva ilə açıq saxlamağın vacibliyini dəfələrlə vurğulayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar günü Fransa Silahlı Qüvvələri naziri Sebastyan Lekornu, həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Böyük Britaniya və Türkiyənin müdafiə nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqlarında Ukraynadakı vəziyyəti müzakirə edib.

Gültəkin