Filippinin Luzon adasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 102 min nəfər əhalisi olan Laoaq şəhərindən 58 km cənub-şərqdə yerləşib. Mənbə 40 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.