"Rusiya-Ermənistan Lazarev Klubunun beşinci iclasında iştirakdan imtina edib".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Dövlət Dumasının deputatı Konstantin Zatulinə ünvanladığı məktubda o, bunu Səmərqənddə keçiriləcək MDB PPA Şurasının növbəti iclasında iştirak edəcəyi ilə izah edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan hakimiyyəti Konstantin Zatulini “persona non qrata” elan etmişdi.
Ermənistan Milli Assambleyası rəhbərliyinin məktubunda xüsusilə qeyd edilirdi: “Təəssüflər olsun ki, Sizin son dövrlərdə Ermənistan Respublikasına qarşı açıq bəyanatlarınız dövlətlərimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına ziyan vurur. Bu baxımdan, gələcəkdə sizin Ermənistan Respublikasına səfəriniz arzuolunmaz hesab olunur”.
Bundan başqa, Ermənistanın baş nazirinin ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin əvvəllər dərc etdiyi “sızma”ya görə, hakimiyyətdəkilərin hiddətinə Zatulinin rəhbərliyi, xüsusən də Nikol Paşinyanı tənqid etməsi səbəb olub.
Zatulinin özü Ermənistana girişin qadağan edilməsini təhqir adlandırıb. O, Ermənistan hakimiyyətinin qərarının onun ermənipərəst fəaliyyətinə təsir etməyəcəyini əmin edib, Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə qarşı hərəkətlərini xəyanət adlandırıb.
Gültəkin Ələsgər