Böyük Britaniyalı radio aparıcısı Tim Qof canlı yayımda ölüb.
"Unikal" xəbər verir ki, bu barədə “Gen X Radio” radiostansiyası məlumat verib. Səhər verilişinin 55 yaşlı aparıcısının ölüm səbəbinin infarkt olduğu deyilir.
Qeyd edək ki, Tim Qofun ölümü studiyada deyil onun evində baş verib.
O verilişi evdən idarə edirdi.
Tim Qof 1980-ci ildən radioda çalışıb.