Ukrayna Futbol Assosiasiyasının rəhbəri Rusiyanın Beynəlxalq Federasiya (FİFA) və Avropa Futbol İttifaqından (UEFA) çıxarılmasını tələb edib.
"Unikal" xəbər verir ki, fevralın sonunda Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra FİFA və UEFA Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə Rusiya milli komanda və klublarını bütün beynəlxalq və Avropa yarışlarından kənarlaşdırıb.
İndi isə Ukrayna daha da irəli gedərək Moskvaya qarşı ən sərt sanksiyaların tətbiqini tələb edib.
Bununla bağlı Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Pavelko öz Facebook səhifəsində qurumun FİFA və UEFA-ya “təcili sorğu” göndərdiyini və orada “Moskvaya qarşı ən sərt sanksiyaların tətbiqini tələb etdiyini” açıqlayıb.
Pavelko təsdiqləyib ki, Ukrayna UEFA və FİFA-dan “Rusiyanı bu iki beynəlxalq qurumdan çıxarmağı” xahiş edib.
Pavelko izah edib ki, bu hərəkət Rusiyanın yeni ilhaq edilmiş bölgələri və Krımın bu ölkənin futbol liqalarında iştirak edən komandalarına lisenziya verdikdən sonra atılıb.
Dörd Donetsk, Luqansk, Xerson və Zaporojye bölgəsində keçirilən referendumun və bu bölgələrin əhalisinin əksəriyyətinin Rusiyaya birləşməyə razı olmasının ardınca sözügedən bölgələr bu ölkənin prezidenti Vladimir Putinin rəsmi fərmanı ilə Rusiyaya birləşdirilib. Rusiya baş nazirinin müavini Dmitri Çernışnikov dünən (bazar ertəsi) bu regionların klublarının Rusiya futbol liqalarına inteqrasiya olunacağını təsdiqləyib.
Pavelkonun bu tələbi bir müddət əvvəl Rusiyanın Almaniyanın Avro 2024 seçimlərindən kənarlaşdırılacağını iddia edərkən gündəmə gəldi və bu iddiadan dərhal sonra UEFA bu iddianı rəsmən təsdiqlədi.
Gültəkin Ələsgər