ABŞ-ın Kaliforniya ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin geoloji xidməti məlumat yayıb.
"Unikal" xəbər verir ki, yeraltı təkanların episentri 1 milyondan çox insanın yaşadığı San Xose şəhərindən 19 km qərbdə yerləşib. Mənbə 7 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.