"Şirazdakı terror aktı cavabsız qalmayacaq".
"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.
Həlak olanların ailələrinə başsağlığı verən Rəisi terrorçuların növbəti dəfə daha ağır cinayət törətdiklərini və İslam İnqilabı düşmənlərinin törətdikləri cinayətlər sırasına daha bir cinayətin əlavə edildiyini qeyd edib.
“Təcrübə göstərir ki, İranın düşmənləri zorakılıq və terrordan istifadə edərək ölkə xalqından qisas alır və ölkənin tərəqqisinə mane olmaq üçün istənilən vasitəyə əl atırlar”.
O, bu vəhşiliyin cavabsız qalmayacağını, təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanlarının hücumun təşkilatçılarına sərt cavab verəcəyini vurğulayıb.
Qeyd edək ki, Şirazın cənub-qərbində Əhmas bin Musanın (Şahçerəx) ziyarətgahında terror aktı baş verib, 20 nəfər həlak olub, 40-dən çox insan yaralanıb.
Gültəkin Ələsgər