Erməni İş Adamları Assosiasiyasının prezidenti, iş adamı Samvel Karapetyan Ermənistan-Rusiya münasibətlərindəki narahatedici tendensiyalar barədə açıqlama verib.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-lərdən birinə müsahibə verib.
"Son aylar Ermənistanda vüsət alan təhlükəli impulsları və tendensiyaları nəzərdən qaçırmaq mümkün deyil. Bu gün müxtəlif qüvvələr Ermənistanı açıq şəkildə Rusiyadan əl çəkməyə, tarixi özünüməhv addımına sövq edir. Ermənistan üçün istər-istəməz ağır nəticələrə səbəb ola biləcək belə qərarların qəbulunun qarşısını almaq vacibdir. Onu da nəzərə almaq olmaz ki, bu gün Rusiya Federasiyası Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır, ölkələrimizi çoxəsrlik tərəfdaşlıq, mədəni və mənəvi əlaqələr birləşdirir. Ona görə də indi düzgün seçim etmək daha çox vacibdir", - deyə o açıqlamasında bildirib.
Gülayə Mecid