Argentinalı mütəxəssislər uşaqda meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktını təsdiqləyiblər.
"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən Todo noticias telekanalı məlumat yayıb.
Xəstəlik Buenos-Ayresdə yaşayan 10 yaşlı uşaqda aşkarlanıb. Ölkədə ümumilikdə 627 meymuna yoluxma faktı təsdiqlənib.
Meymun çiçəyi, əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik yağış meşələrinin yaxınlığında baş verən nadir virus xəstəliyidir. Tipik olaraq, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti 1% ilə 10% arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.
Gültəkin