"Baykar" şirkəti Ukraynada dron istehsalı üzrə zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin icraçı direktoru Haluk Bayraktar deyib.
"Planımız həyata keçirilir. İndi bizim memarlıq layihəmiz var. Ətraflı dizayn mərhələsi başa çatıb. Və biz tikintinin özünə doğru hərəkət edəcəyik. Biz bunu iki il ərzində başa çatdırmaq istərdik”, - Haluk Bayraktar bildirib.
O, həmçinin qeyd edib ki, “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçan aparatlarını istehsal edən şirkəti bu il keçən illə müqayisədə təxminən 50% çox, təxminən 1 milyard dollar ixrac gəliri əldə edəcək. Bayraktarın sözlərinə görə, şirkət əldə etdiyi vəsaiti istehsal xətlərinin genişləndirilməsinə yatıracaq.
Gülayə Mecid