Çinin XPeng şirkəti uçan avtomobilin sınağını nümayiş etdirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "NewAtlas" nəşri video dərc edib.
Səkkiz rotorlu elektrik stansiyasına malik X3 konsept avtomobili havaya qaldırılıb. Jurnalistlərin "Çin Teslası" adlandırdıqları şirkətin mühəndisləri real sınaqlar zamanı avtomobilin yumşaq qalxıb enə bildiyini göstəriblər. Həmçinin, mütəxəssislər mühərriklərdən birinin sıradan çıxması zamanı avtomobilin davranışını sınaqdan keçiriblər.
Avtomobil klassik universal gövdəyə və 1936 kiloqram çəkiyə malikdir. XPeng uçuş məsafəsi və digər xüsusiyyətlər barədə məlumat açıqlamayıb.
Ağarza Elçinoğlu