Bu gün Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birgə mətbuat konfransı keçirib.

"Unikal" DHA-ya istinadən xəbər verir ki, konfrans zamanı Prezident Ərdoğana Özbəkistanın ən yüksək dövlət medalı olan İmam Buhari təqdim edilib.

Ərdoğan dövlət medalından çox məmnun olduğunu deyib.

“Mən bu medalı ölkələrimiz arasında əbədi qardaşlığın güclü simvolu kimi qəbul edirəm”, - deyə Prezident bildirib.