Belarusda McDonald's fast food restoranlarını idarə edən KSB Victory Restaurants şirkəti fəaliyyətini dayandırıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Rusiyanın Vkusno brendi altında fəaliyyətini davam etdirəcək. 

Bunun bütün zəruri hüquqi prosedurlar başa çatdıqdan və təşkilati məsələlərin həllindən sonra baş tutacağı bildirilir.

Hazırda Belarusun altı şəhərində 25 fast food müəssisəsi fəaliyyət göstərir. 

Ağarza Elçinoğlu