"Biz hər şeyi edəcəyik ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın".
"Unikal" xəbər verir ki, Ermənistanın Baş nazir Nikol Paşinyan bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
“Sülh müqaviləsinin bir neçə variantı var: məsələn, dövri olaraq ümumi münasibəti əks etdirəcək çərçivə sazişi imzalamaq, əgər bu variant Azərbaycan tərəfi üçün məqbuldursa, o zaman biz bu yolla gedəcəyik. Vurğulamaq istəyirəm ki, sülh müqaviləsi qüvvəyə minməzdən əvvəl sərhədin demarkasiyası və delimitasiyası aparılmalıdır”, - Paşinyan bildirib.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsi variantlarını təqdim edib.
Gültəkin Ələsgər