"Rusiya və Azərbaycan prezidentləri mənim təkliflərimi dinlədilər və düşünmək olar ki, gələcəkdə bu, müzakirə obyektinə çevriləcək".
"Unikal" xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Ermənistanın Birinci İctimai Telekanalına müsahibəsində Paşinyanın danışıqlarda Qarabağ tərəfinin səsləndirdiyi təklifə Putin və Əliyevin necə reaksiya verməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Onların reaksiyası barədə heç nə demək istəmirəm ki, sonradan məlum olsun ki, mən bunu səhv şərh etmişəm. Sadəcə demək istəyirəm ki, mən bu təklifi masaya qoymuşam, qalanı danışıqlar zamanı ifadə edilsin”, - deyə hökumət başçısı bildirib.