Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışla bağlı “Twitter“ hesabında paylaşım edib.
"Unikal" xəbər verir ki, paylaşımda bunlar deyilir:
“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”