Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə təbii qaz qovşağının yaradılmasını müzakirə etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, Türkiyə lideri bunu jurnalistlərə açıqlamasında deyib.
“Rusiya Prezidenti Vladimir Putin və ölkə rəsmiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək. Onun yaradılmasının gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan Prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Mən müsbət nəticələrə ümid edirəm”, - Ərdoğan G20 sammiti üçün İndoneziyaya uçmazdan əvvəl jurnalistlərə bildirib.