Rusiya raketlərinin Polşa ərazisinə düşməsi ilə bağlı xəbərlər təxribatdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yalan məlumatlar yayan Polşa KİV-lərinin məqsədi regionda vəziyyəti gərginləşdirməkdir və fotoda təsvir olunan qalıqlar Rusiya raketlərinin bir hissəsi deyil.

"Rusiya məhvetmə vasitələri ilə Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməmişdir", - Rusiya MN bildirib. 

Ağarza Elçinoğlu