İndoneziyanın Qərbi Yava əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki,  ABŞ Geoloji Xidməti ( USGS ) Cirancang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olduğu qeyd edilən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.