Dağıstanın mərkəzi Mahaçqalada bütün məktəblərə bomba yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Mahaçqala şəhər administrasiyasının vahid növbətçi-dispetçer xidmətinə şəhərin bütün məktəblərində bombaların olması ilə bağlı Daxili İşlər İdarəsindən siqnal daxil olub. Məlumat valideynlərə çatdırılıb. Məktəblilərin təxliyəsinə başlanılıb”, - məlumatda deyilir.