Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir.

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  

"Bizim 2019-cu il Soçi razılaşmasına əsasən, İraqın və Suriyanın şimalında terrorçuların məhvinə cavabdeh olan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir", - Türkiyə lideri bildirib.

O, Türkiyənin susmayacağını və müstəqil şəkildə terrorçulara qarşı tədbirlər görəcəyini açıqlayıb. Prezident Kobani bölgəsinə 12 zərbə endirdiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.

Ağarza Elçinoğlu