İsveçin Ankaradakı səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xəbər verir ki, o, Türkiyənin Stokholmdakı səfirliyinin binasında prezident Rəcəb Tayyib Ərdoğana qarşı terror təşkilatı təbliğatı və təhqiramiz görüntülər yaydığına görə qınanılıb.Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bu gün PKK-ya bağlı ünsürlər tərəfindən Türkiyə Səfirliyinin Rəyasət Heyətinin binasında terror təşkilatı təbliğatı və prezident Ərdoğanın təhqiredici görüntülərini ehtiva edən açıqlamalar və fotoşəkillər proyeksiya edilib.

Hadisədən sonra Herrström Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyə bu hərəkəti pisləyib və hadisənin araşdırılmasını tələb edib.

Türkiyə, İsveç və Finlandiya arasında üçlü memorandumda qeyd olunan öhdəliklər işığında aktın səbəbkarlarının müəyyən edilərək lazımi tədbirlərin görüləcəyi, konkret addımların atılacağı ilə bağlı gözləntilər Herrströmə çatdırılıb.