Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Tşisekedi sianidlə zəhərləməyə cəhd edilib. Ona zəhərli məktub göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Portalın məlumatına görə, Fransada yerləşən beynəlxalq təşkilatlardan biri tərəfindən respublika prezidentinə ünvanlanmış məktub noyabrın 12-də poçt vasitəsilə ölkənin paytaxtı Kinşasadakı Tshisekedi ofisinə çatdırılıb .

Prezidentin mühafizə xidməti məktubu zərfdə deşiklər olduğuna görə şübhəli hesab edib. Bundan sonra məktub ekspertizaya təqdim edilib və orada güclü zəhər olan sianid birləşmələrindən birinin izləri aşkar edilib.

Portalın qeyd etdiyi kimi, zərfdə mətn və qəzet səhifəsi olub. Dəqiq nə yazıldığı bildirilmir.

Bu hadisə ilə bağlı Fransanın Konqodakı səfiri Konqo Xarici İşlər Nazirliyinə çağırılıb .

Gültəkin Ələsgər