Rusiya və ABŞ arasında bu həftə keçirilməsi planlaşdırılan nüvə silahı üzrə danışıqlar təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki ölkənin rəsmiləri COVID-19 pandemiyası ilə əlaqədar dayandırılmış Yeni START adlı nüvə silahlarının azaldılması müqaviləsi çərçivəsində yoxlamaların bərpasını müzakirə etmək üçün noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirədə görüşməli idilər.

“Kommersant” qəzeti ABŞ səfirliyinə istinadən qərarın Rusiya tərəfindən verildiyini bildirsə də, heç bir səbəb göstərməyib.