Roma Papası Fransisk müsəlmanların düşmənlə necə rəftar etdiyi barədə məlumatsızlığına görə utanmalıdır. 

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında yazıb. 

O, din xadiminin çeçenlərlə bağlı sözlərini belə şərh edib: "Döyüşçülərimizin sıralarında bir nəfər də olsun spirtli içki aludəçisi və ya narkoman yoxdur, hamı dərin dindardır. Və döyüşçülərin hər biri bilir ki, müharibədə şərəf, ləyaqət və hətta düşmənə də hörməti unutmaq olmaz". 

Kadırov onu da vurğulayıb ki, çeçenlər Məhəmməd peyğəmbərdən nümunə götürürlər, buna görə də əvvəlcə sülh təklif edir, yalnız bundan sonra döyüşə girirlər.

Ağarza Elçinoğlu