G7-nin ədliyyə nazirləri ilk dəfə Berlində bir araya gələrək Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin necə qeydə alınacağı və araşdırılacağını müzakirə ediblər. 

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, nazirlər Ukrayna şəhərlərinin və enerji infrastrukturunun bombalanmasını pisləyib, Rusiyanın “qışdan silah kimi istifadə etdiyini” deyiblər.

Ukrayna hakimiyyəti artıq 50 minə yaxın hərbi cinayət hadisəsini sənədləşdirib və onlarla əlaqəli 600-ə yaxın şübhəlini müəyyən edib.

CNN-in məlumatına görə, Almaniyanın ədliyyə naziri Marko Buşman görüşün yekunlarına dair mətbuat konfransı zamanı bəyan edib ki, “Rusiyanın bütün rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən “insanlığa qarşı cinayətlərə görə” araşdırılmalıdır”.

Gülayə  Mecid