Hər il ən çox işlədilən ingilis sözlərini müəyyən edən “Oxford Languages” ​​2022-ci ilin də məşhur ifadəsini müəyyən edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə səsvermə ilk dəfə olaraq akademiklər arasında yox, açıq şəkildə internet istifadəçiləri arasında keçirilib. 

Sorğunun nəticəsi isə 2022-ci idə TikTok-da da məşhur olan "qoblin rejimi" ifadəsi olub.

Oksford Universitetinin nəşriyyat departamentinin nümayəndələri isə ifadənin 2022-ci il hadisələri ilə əlaqəsini izah ediblər. Onlar bildiriblər ki, ilin sözü son 12 ayın ruhunu, əhval-ruhiyyəsini və ya narahatlığını əks etdirir və bu, potensial olaraq uzunmüddətli mədəni əhəmiyyətə malik ola bilər.