ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton prezidentliyə namizədliyini irəli sürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, 2024-cü ldə keçiriləcək prezident seçkilərində əsas namizəd olduğunu açıqlayıb.
Bolton, həmçinin “Trampın Ağ Evi bir daha ələ keçirməməsi” üçün hər şeyi etmək istədiyini bildirib.
Qeyd edək ki, Con Bolton Trampın müşaviri olub. 2019-cu il sentyabrın 11-də həmin vəzifədən istefa verib. Trampın sözlərinə görə, o, məsləhətçisinin bir çox tövsiyələri ilə razılaşmayıb, buna görə də Bolton istefa verdiyini bildirib. Bolton Rusiya və İran əleyhinə sanksiyaların memarlarından biridir.
Gülayə Mecid