Ukrayna NATO standartlarına uyğun tanklar və döyüş təyyarələri alacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.
Müdafiə naziri deyib ki, Ukraynanın tərəfdaşları çox praktik, praqmatik və realdır. Onlar aydın başa düşürlər ki, əgər hansısa yeni sistem təqdim etsələr, bilməlidirlər ki, onların anbarlarında döyüş sursatı, raketlər, təmir sistemləri, təlimatçılar və təlim keçmiş Ukrayna əsgərləri var.
"Bunlar təkcə siyasi danışıqlar deyil, həm də texnoloji və maddi-texniki danışıqlardır. Amma mən optimist olaraq qalıram və inanıram ki, döyüş meydanında NATO standartlarına uyğun tanklar peyda olacaq. Təkcə Leopard deyil. Necə ki, hazırda artilleriyamızda müxtəlif ölkələrin səkkizdən çox 155 kalibrli sistemləri döyüşür. Ona görə də əminəm ki, bizim tanklarımız, hətta döyüş təyyarələrimiz də olacaq".
Ağarza Elçinoğlu