Donetskin atəşə tutulması zamanı Donetsk Xalq Respublikası (DXR) parlamentinin deputatı Mariya Piroqova həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bundan əlavə, Ukrayna ordusu Donetskin Kuybışev və Kiyev bölgələrinə “Qrad MLRS”dən azı altı raket atıb. Atışma nəticəsində 4 mülki şəxs yaralanıb", - KİV -də qeyd olunub.
Bildirilir ki, Piroqova humanitar missiyalarla Donbasın müxtəlif şəhərlərinə, o cümlədən Debaltseveyə səfər edib, “Respublika uşaqları” proqramı çərçivəsində yaradıcı ustad dərsləri təşkil edib və Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulanlara yardım üçün kanala rəhbərlik edib.
Gülayə Mecid