Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı deputatlar arasında dava düşüb.
"Unikal" xəbər verir ki, dava zamanı deputatlardan biri kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
“Büdcə müzakirələrinin ikinci günündə parlamentin ümumi yığıncağında gərginlik yaranıb. Deputatlar arasında şifahi atışma münaqişəyə çevrilib. “İyi” partiyasının üzvü Hüseyn Örs dava zamanı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.
İclasa sədrlik edən parlamentin vitse-spikeri Heydər Akar bu mübahisədən sonra iclası 10 dəqiqə yarımçıq dayandırıb.
Gültəkin Ələsgər