Xorvatiya Hərbi Hava Qüvvələrinin MiQ-21 qırıcı təyyarəsi ölkənin şimal-şərqində qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Təyyarənin günorta saatlarında Slatina şəhəri yaxınlığında qəzaya düşdüyü bildirilir.

Hazırda pilotların axtarışı aparılır.