Tiranada Avropa İttifaqı-Qərbi Balkanlar sammiti zamanı naməlum şəxs Albaniyanın keçmiş prezidenti , müxalif Demokrat Partiyasının rəhbəri Sali Berişanı yumruqla vurub.
"Unikal" xəbər verir ki, bu barədə Kosovo Online məlumat yayıb.
“Tiranada müxalifətin bugünkü etiraz aksiyasına rəhbərlik edən Berişa hücuma məruz qalıb”, - məlumatda deyilir.
Portalın məlumatına görə, naməlum şəxs onun üzünə yumruq vurub, bundan sonra Berişanın mühafizəçiləri reaksiya verib və hücumçunu nəzarətə götürüb.
Həmin an Berişanın yanında Albaniyanın digər eks-prezidenti İlir Meta getsə də, o, xəsarət almayıb.
İyul ayında Albaniyanın paytaxtında müxalifətin böyük etiraz aksiyasında Berişa hazırkı baş nazir Edi Ramanı istefaya getməyə çağırıb.
Sali Berişa 1997-2005-ci illərdə fasilə ilə 1992-ci ildən hakimiyyətdədir . 2013-cü ildə o, üçüncü dəfə baş nazir olmaq üçün namizədliyini irəli sürüb.