Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar naziri Miloş Luçiç saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovina Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əmri ilə saxlanılan Luçiç vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir.

Məlumata görə, Luçiçin ofisində və evində axtarış aparılıb, onun törətdiyi cinayətlərlə dövlət büdcəsinə ziyan vurduğu müəyyən edilib.