"Türkiyə fevralda İstanbulda Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsini müzakirə etmək üçün konfrans keçirməyi planlaşdırır".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

"Konfransda bu layihənin (qaz qovşağının) və potensial təchizatçılarla bazarın yaradılmasının müzakirəsi planlaşdırılır. Bilirsiniz, bazar elə olmalıdır ki, itirənlər olmasın, hamı faydalansın, bütün bu detalları müzakirə etmək lazımdır”, - Dönməz müsahibəsində bildirib.

Nazir konfransın fevral ayında İstanbulda keçirilməli olduğunu qeyd edib.

Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl bildirmişdi ki, onun ölkəsi təkcə qaz tranziti deyil, həm də bazarın formalaşdığı ölkəyə çevrilə bilər. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan daha əvvəl Rusiya Federasiyasının, xüsusən də Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə qaz tranzitini daşıya biləcəyi qaz qovşağının yaradılması məsələsini ətraflı və tez bir zamanda işləməyi tapşırmışdılar.  Ərdoğan həmçinin hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.

Gültəkin