Ukraynanın dünyanın müxtəlif ölkələrindəki səfirliklərinə anonim təhdidlər gəlməkdə davam edir.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Diplomatlarımıza təhdidlər gəlməkdə davam edir. Artıq bir həftədir ki, Ukrayna səfirlikləri və konsulluqları gücləndirilmiş təhlükəsizlik tədbirləri fəaliyyət göstərir".
Kulebanın sözlərinə görə, son iki gündə İtaliya, Polşa, Portuqaliya, Rumıniya və Danimarkadakı səfirliklərə, eləcə də Qdanskdakı konsulluğa şübhəli bağlamalar daxil olub.
Gülayə Mecid