İran İslam Respublikasının dini Ali Rəhbəri Əli Xameneinin bacısı Bədri Hüseyni Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkədəki etirazçıların tərəfinə keçməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu bsrədə o oğlunun "Twitter" hesabında açıq məktubunda yazıb.
"Mən öz mövqeyimi qardaşımın mövqeyindən ayırıram", - o yazıb.
Məktubda Hüseyni Xamenei həmçinin İran rejiminin SEPAH muzdlularına çağırış edib və təşkilatı çox gec olmadan mümkün qədər tez silahı yerə qoymağa çağırıb.
Ağarza Elçinoğlu