İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərib.
"Unikal" xəbər verir ki, məlumatlı mənbələrin xəbərinə görə, oktyabr ayında Tehran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib.
Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehləviye”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.
Qeyd edək ki, “Dehləviye” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.
Onu da xatırladq ki, bir neçə gündür yerli mediada 14 İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında faktlar yayımlanır. İranın Azərbaycanakı səfirliyi isə hələ də məsələ ilə bağlı heç bir tutarlı cavab verməyib.
Gültəkin Ələsgər