Türkiyənin İnnovasiya Partiyasının sədri bıçaqlı hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, hadisə İnnovasiya Partiyasının Çankaya rayonundakı qərargahında baş verib. İnnovasiya Partiyasının sədri, 26 və 27-ci dövr Ərdahan millət vəkili Öztürk Yılmaz onunla görüşə gələn naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yılmaz ombasından yaralanıb. Hadisəni törədən qaçıb. Öztürk Yılmaz xüsusi xəstəxanaya aparılıb və müalicə olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gültəkin