Cənubi Amerika ölkəsi Peruda vitse-prezident Dina Boluarte ölkənin yeni prezidenti kimi and içib.
"Unikal" xəbər verir ki, keçmiş prezident Pedro Castillo Konqres tərəfindən “daimi əxlaqi səriştəsizlik” ittihamı ilə vəzifəsindən azad edildikdən sonra Boluarte ölkənin ilk qadın prezidenti olaraq andiçmə mərasimi keçirib.
Boluarte alqışlarla daxil olduğu Konqresdəki çıxışında " 26 iyul 2026-cı ilə qədər prezidentliyimi sədaqətlə yerinə yetirəcək və Peru konstitusiyasını müdafiə edəcəyimə Allah, ölkə və bütün Perulular adına and içirəm", - deyib.
Qurumlarda heç bir reaksiya verilməyən bir çevriliş cəhdinin olduğunu vurğulayan Boluarte, "Böyük məsuliyyət şüuru ilə bu vəzifəni öhdəmə götürürəm və ilk işim bütün Peruluları ən əhatəli şəkildə birliyə çağırmaqdır. Bizi dialoq qurmaq və əldə etmək üçün bütün siyasi qüvvələr arasında geniş dialoqa çağırıram”, - deyə ifadə edib.
Boluarte vətəndaşların əsas hüquqlarına hörmətlə yanaşacaqlarını və məqsədlərinin ölkənin ehtiyac duyduğu siyasi və iqtisadi islahatları həyata keçirmək olduğunu bildirib.
Gülayə Mecid